Azərbaycan əsgəri Azıx mağarasında - VIDEO

Azərbaycan əsgəri Azıx mağarasında -
Azərbaycan Ordusunun əsgərləri Azıx mağarasından görüntülər çəkiblər.

“Report” xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.

Videoçəkilişi aparan hərbçi mağara daxilində ermənilərin tikinti-qazıntı işləri ilə məşğul olduqlarını nümayiş edib.

Qeyd edək ki, Azıx mağarası eyniadlı kəndin yaxınlığında yerləşir. Ermənistan silahlı qüvvələri bu kəndi 1993-cü ildə işğal etmişdi.

Xatırladaq ki, noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun Xocavənd rayonunun Azıx kəndini işğaldan azad etdiyini açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
422 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...