Azərbaycan metanol istehsalını 14%-dən çox artırıb

Azərbaycan metanol istehsalını 14%-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 411,7 min ton metanol (metil spirti) istehsal olunub.

“Gundəminfo” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 % çoxdur.

Bu ilin noyabrın 1-nə ölkədə 10 min ton hazır məhsul istehsalı yaranıb.

Metanol Bakının Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2003-cü ildə istismara verilmiş zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
813 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...