Qarqarçayın səviyyəsi kəskin artıb, çobanlar köməksiz qalıb

Qarqarçayın səviyyəsi kəskin artıb, çobanlar köməksiz qalıb

Bu gün Qarqarçay çayında suyun səviyyəsinin kəskin artması nəticəsində çayın Ağdam rayonunun Əfətli kəndi ərazisindən keçən hissəsində 2 nəfər və təxminən 500 baş xırdabuynuzlu heyvan köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, nazirliyin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Qarabağ Regional Mərkəzinin və Ağdam Rayon İcra Hakimiyyətinin yerli qüvvələri tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində 2 çoban və heyvanlar xilas olunaraq təhlükəsiz əraziyə təxliyə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
668 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...