"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib

"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib
Azərbaycanın Şəmkir, Daşkəsən, Gədəbəy və başqa Qərb rayonlarında baş verən güclü külək və yağıntılar səbəbindən "Azərişıq" ASC bir sıra qabaqlayıcı tədbirlər görüb.
Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin "Report"a verdiyi məlumata görə, baş verə biləcək qəza və hadisələrin qarşısını almaq üçün qurum əməkdaşları və texnikası hazır vəziyyətə gətirilib:
"Hazırda Qərb zonasında yağış və ildırımla müşahidə edilən güclü külək əsir. Buna baxmayaraq, bu vaxta qədər hər hansı hadisə qeydə alınmayıb. Abunəçilərin elektrik enerjisi ilə fasiləsiz və davamlı təmin olunması üçün maksimum işlər görülür. Texniki Departamentin əməkdaşları maşın mexanizmlərlə fasilə yaranarsa aradan qaldırmaq üçün tam hazırdırlar".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
612 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...