“Azərbaycan hökuməti sosial məsələlərə hər zaman diqqətlə yanaşır" - Baş Nazir
Bu gün Baş Nazir Novruz Məmmədov Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti, Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının rəhbəri Yoakim Bröyerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, N. Məmmədov Bakıda keçirilən Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumunun Azərbaycan üçün mühüm önəm kəsb etdiyini diqqətə çatdırıb.
Baş Nazir Forumda aparılan müzakirələrin Azərbaycanda bu istiqamətdə görülən işlərə də öz töhfəsini verəcəyini bildirib. Azərbaycanın Beynəlxalq Sosial Təminat Assosiasiyasının fəaliyyətində yaxından iştirak etdiyini qeyd edən N. Məmmədov Azərbaycan hökumətinin fəaliyyətində sosial məsələlərə hər zaman diqqətlə yanaşdığını nəzərə çatdırıb. Baş Nazir ölkəmizdə dövlət büdcəsi formalaşdırılarkən onun sosialyönümlü olmasına xüsusi önəm verildiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) yaradılması müxtəlif sosial xidmətlərin vətəndaşlara tam şəffaf və operativ şəkildə, yüksək keyfiyyətlə təqdim olunmasını təmin edir.
Yoakim Bröyer Forumun təşkilinə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib. O, Azərbaycanda sosial sahədə atılan addımları yüksək qiymətləndirərək, bu istiqamətdə görülən işlərin yüksək siyasi iradə sayəsində mümkün olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda sosial təminat sahəsində ciddi uğurlara imza atılıb, bu istiqamətdə mövcud ideyaların reallaşması üçün əməli işlər görülür. “DOST” mərkəzində olduğunu, oradan çox müsbət təəssüratlarla ayrıldığını bildirən Yoakim Bröyer Azərbaycanın bu layihəsinin dünya miqyasında uğurlu yenilik olduğunu diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
672 dəfə oxundu