Bu abituriyentlərin imtahan nəticələri LƏĞV EDİLƏCƏK - DİM-dən AÇIQLAMA

Bu abituriyentlərin imtahan nəticələri LƏĞV EDİLƏCƏK -

Ötən bazar günü Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə keçirilən imtahanın nəticələri iki həftə ərzində açıqlanacaq.

Bu barədə Lent.az-a DİM-in mətbuat xidmətinin rəhbədi Xanlar Xanlarzadə məlumat verib.

Qeyd edək ki, mayın 12-də keçirilən qəbul imtahanı zamanı bir sıra problemlər də baş verib.

Problemlərdən biri abituriyentlərin test tapşırıqlarının kodlaşdırılması zamanı səhvlərə yol verməsi ilə bağlıdır. Bu barədə Lent.az-a bildirən Dövlət İmtahan Mərkəzinin Təşkilati metodiki təminat və təlimlər sektorunun müdiri Adgözəl Həbibov deyib ki, qəbul imtahanında həm qapalı tipli test tapşırıqları, həm kodlaşdırılması tələb olunan açıq tipli test tapşırıqları, həm də yazılı cavab verilməsi tələb edilən test tapşırıqları olub: "Yəni cavablar iki sənədə işlənir. Bunlardan biri cavab kartı, digəri cavab vərəqidir. Cavab kartına kodlaşdırılması tələb olunan cavablar işlənir. Xalq arasında deyildiyi kimi, burada sürüşdürmə halları çoxdur, bununla bağlı yenə müraciətlər olub. Yaxud yazılı şəkildə cavablandırılması tələb olunan cavabların cavab vərəqinə yazılması zamanı abituriyent diqqətsizliyə yol verir, bir sual üçün ayrılmış bölməyə digər sualın cavabını yazır. Biz belə halları necə aradan qaldıra bilərik? Abituriyentlər imtahan sənədlərinin işlənməsi zamanı həm sadə karandaşdan, həm də diyircəkli qələmdən istifadə edə bilərlər. Abituriyentlər səhvə yol verməmək üçün cavab kartını işləyərkən sadə karandaşdan istifadə etsinlər, artıq buna icazə verilir. Bu, abituriyentə səhvini aradan qaldırmağa, pozaraq başqa cavabı yazmağa imkan verir. Cavab vərəqini isə mütləq diyircəkli qələmlə, sual üçün ayrılmış çərçivədən kənara çıxmamaq şərti ilə səliqəli formada yazmaq lazımdır".

DİM sektor müdiri qeyd edib ki, cavab kartları və cavab vərəqlərinin yanaşı əyləşən abituriyentlər tərəfindən dəyişik salınması kimi hallara da rast gəlinib: "Belə hallara mart və aprel aylarında keçirilmiş buraxılış imtahanlarında daha çox rast gəlinib. Son imtahanda da yanaşı əyləşən abituriyentlərin cavab kartları və vərəqlərinin dəyişik salınması hallarına rast gəlmişik".

A.Həbibov bildirib ki, bu qəbul imtahanında 3 nəfər başqasının yerinə imtahan binasına daxil olmağa cəhd edib: "Biz bu faktları protokollaşdırdıq, onlar imtahandan uzaqlaşdırıldı. İmtahana mobil telefonların keçirilməsi cəhdləri də davam edir. İki mobil telefon abituriyentlər tərəfindən istifadə edilmək istənilən zaman onlar aşkarlanıb və imtahandan uzaqlaşdırılıb".

DİM rəsmisi onu da deyib ki, abituriyentlər sual kitabçasını götürə bilərlər: “Amma sual kitabçası ilə birlikdə cavab vərəqini də götürüb imtahandan çıxan abituriyentlər olub. Bu imtahanda da 4 belə hal baş verib. Bu hallar aktlaşdırılıb. Həmin abituriyentlərin də nəticələri ləğv olunacaq".

Qeyd edək ki, imtahandan bir gün əvvəl təhsil üzrə ekspert Kamran Əsədov suallara verilən cavabların düzgün şəkildə qaralanması qaydaları ilə bağlı Lent.az-a açıqlama vermişdi.

Həmin materialı təqdim edirik: “Abituriyent sual kitabçasında verilmiş 1) 1-22, 31-52, 61-82 saylı qapalı test tapşırıqlarının hər birinə verilən 5 cavab variantından düzgün hesab olunan bir cavabı seçməli və cavab kartında müvafiq sualın nömrəsini tapıb və seçdikləri cavaba uyğun dairəni tam qaralamalıdır:
Əgər bir suala cavab olaraq birdən çox dairə qaralanarsa, həmin cavab səhv hesab edilir.

2) 23-26, 53-56 və 83-86 saylı hesablama, seçim və xronologiya tipli açıq test tapşırıqlarının hər birinin cavabını (rəqəmlər və varsa nöqtə ardıcıllığını) cavab kartında bu cavab üçün nəzərdə tutulmuş damalara sol xanadan başlayaraq aydın şəkildə yazılmalıdır.

Sonra hər damanın altındakı sütunda uyğun rəqəmi (nöqtəni) tapıb onun yerləşdiyi dairə tam qaralanmalıdır. Əgər eyni bir sütunda birdən çox dairə qaralanarsa, onda cavab səhv hesab edilir.

3) 27, 57 və 87 saylı uyğunluğu müəyyən etmə tipli açıq test tapşırıqlarında təqdim edilmiş iki siyahının elementləri arasındakı uyğunluqlar müəyyən edilməli və cavab kartında birinci siyahının hər bir elementinin nömrəsinə müvafiq sütunda 2-ci siyahının uyğun elementlərinə aid dairələri tam qaralanmalıdır.
4) 28-30, 58-60, 88-90 saylı situasiya və yaxud mətn üzrə təqdim olunan açıq test tapşırıqlarının hər birinin cavabını isə cavab vərəqində həmin tapşırıq üçün verilmiş hissəyə çərçivədən kənara çıxmadan səliqəli və oxunaqlı xətlə yazılmalıdır.

Ümumi bal hesablanarkən qapalı suallar üzrə doğru cavabların sayından həmin suallar üzrə səhv cavabların sayının ¼-i çıxılır, açıq tipli test tapşırıqları üzrə isə səhv cavablar doğru cavabların sayına təsir göstərmir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
828 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...