"Bəzən abort edilməyən qız uşaqları ailələrdə münaqişələrə səbəb olur"

"Bəzən abort edilməyən qız uşaqları ailələrdə münaqişələrə səbəb olur"
“Azərbaycanda selektiv abortun qarşısının alınması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondu ilə birlikdə Milli Fəaliyyət Planı layihəsi hazırlanıb”.
Bunu “Report”a Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
O bildirib ki, bu gün Azərbaycanda ən böyük problemlərdən biri selektiv abort məsələsidir: “Çünki Azərbaycan qızları hələ dünyaya gəlməmiş, ana bətnində ayrı-seçkiliyə məruz qalırlar. Ölkədə daha çox qadın cinsinə məxsus ikinci və növbəti uşaqların abort etdirilməsi müşahidə olunur. Eyni zamanda, bəzən hansısa səbəblərə görə abort edilməyən qız uşaqları ailələrdə münaqişələrə, dava-dalaşların meydana gəlməsinə səbəb olur”.
Şöbə müdiri abortların qarşısının alınması üçün “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsinin zəruri olduğunu vurğulayıb: “Selektiv abortla bağlı mütəmadi olaraq Səhiyyə Nazirliyi tərəfindən monitorinqlər aparılır. Amma bu problemin, bu bəlanın qarşısının alınması üçün “Reproduktiv sağlamlıq haqqında” qanun qəbul edilməlidir və bu qanun çərçivəsində bu cür məsələlərdə qadınların və uşaqların hüquqları qorunmalıdır. Bu gün qanunvericilikdə reproduktiv hüquqlarımız müəyyənləşdirilməyib deyə, selektiv abort ən böyük problemlərdən birinə çevrilib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
674 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...