Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı artacaq
Azərbaycana builki yay turizm mövsümündə ən çox turistin Səudiyyə Ərəbistanından gələcəyi gözlənilir.
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, Azərbaycandan Səudiyyə Ərəbistanına və əks istiqamətdə aviareyslərin vsayı artrılıb.
Mütəxəssis hesab edir ki, bunun nəticəsində builki yay turizm mövsümündə Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı 2 dəfə artacaq.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2849,6 min və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
2018-ci ildə Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. 2017-ci illə müqayisədə ölkəmizə gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2 dəfə, Küveyt vətəndaşlarının sayı 1,8 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 7,9 faiz, Oman vətəndaşlarının sayı 7,4 faiz artıb.
640 dəfə oxundu