İcra başçısı səyyar qəbul keçirib - FOTOLAR

İcra başçısı səyyar qəbul keçirib -

Dekabrın 26-da Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev təsdiq olunmuş qrafikə uyğun Quşçu körpüsü qəsəbəsində növbəti səyyar qəbulunu keçirib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, sakinlər iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinləri qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etdikdən sonra möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gücləndiyini, əldə edilən iqtisadi və siyasi uğurlar nəticəsində ölkəmizdə əhalinin həyat səviyyəsinin, rifahının yaxşılaşdığını diqqətə çatdırıb.

Əhəd Abıyev dövlət proqramlarının icrası nəticəsində respublikanın bütün regionlarda, o cümlədən Daşkəsəndə həyata keçirilən abadlıq-quruculuq işləri barədə geniş məlumat verib. Qeyd edib ki, gündən-günə gözəlləşən Daşkəsəndə yeni-yeni məktəb binaları, səhiyyə ocaqları və digər sosial obyektlər tikilir, yollar, körpülər salınır, su təchizatı layihələri icra olunur, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Əhəd Abıyev həmçinin rayonda əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən də ətraflı danışıb.

Rayon rəhbəri onu da bildirib ki, ötən dövrlərdə Quşçu körpüsü qəsəbəsində qəzalı vəziyyətdə olan binanın sakinlərinin köçürülməsi üçün 16 mənzilli müasir yaşayış binası tikilərək onların istifadəsinə verilmişdir. Növbəti ildə isə yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulub.

Sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlər əraziyə qaz və yeni su xəttinin çəkilməsi, işlə təmin olunma, qəzalı vəziyyətdə olan körpünün təmiri və digər məsələlər barədə olub.

Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qəsəbə sakinlərinin problemlərini dinləyib, qaldırılan məsələlərin və müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib. Əksər müraciətlər yerində müsbət həllini tapıb.

Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

İcra başçısı səyyar qəbul keçirib -
İcra başçısı səyyar qəbul keçirib -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
574 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...