194 nömrəli məktəbdə paylanan biletlər geri alındı - “Rəhbərlik məsuliyyət daşıyır”

194 nömrəli məktəbdə paylanan biletlər geri alındı -

Bir neçə gün öncə paytaxtda yerləşən 194 nömrəli məktəbdə müəllimlərdən biletpulu yığılması barədə məlumat yayılıb. Modern.az məsələ ilə bağlı adıçəkilən məktəblə əlaqə saxlayıb.

194 nömrəli tam orta məktəbdən saytımıza verilən məlumata görə, bilet məsələsi valideynlərin xahişi ilə baş verib.

“Valideynlərin xahişi ilə məktəb rəhbərliyi tərəfindən Yeni il şənliyi üçün sinif rəhbərlərinə könüllü surətdə bilet paylanılıb. Bu gün sinif rəhbərləri ilə iclas keçirilib, bütün biletlər geri götürülüb. Şagirdlərə bilet paylanılmasına baxmayaraq, günün sonunadək onlara verilmiş bütün biletlər də yığılacaq.
Tədbirin tamamilə təxirə salınması üçün də sinif rəhbərlərinə göstəriş verilib”.
194 nömrəli məktəbdə paylanan biletlər geri alındı -

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də məsələ ilə bağlı saytımıza açıqlama verilib.
“Ümumi təhsil məktəblərində Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar biletlərin satışı yolverilməz hesab olunur. Müxtəlif qurumlar tərəfindən ümumi təhsil müəssisələrinə bilet satışı ilə bağlı edilən məqsədli müraciətlərə qoşulmaq və ya məktəbdə ödənişli tədbirin təşkili hallarına görə məktəb rəhbərliyi şəxsən məsuliyyət daşıyır. Bu kimi hallara qarşı ciddi tədbirlər görülür”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1128 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...