"100-dən çox gömrük əməkdaşı işdən azad edildi" - Səfər Mehdiyev

"100-dən çox gömrük əməkdaşı işdən azad edildi" -

2018-ci ildə Dövlət Gömrük Komitəsi (DGK) korrupsiya faktı ilə əlaqədar 100-dən çox əməkdaşı işdən azad edib.

Unikal.org-un məlumatına görə, bunu Komitə sədri Səfər Mehdiyev deyib. Onun sözlərinə görə, bu il ərzində gömrük sistemində 30-dan çox korrupsiya faktı aşkar edilib. S.Mehdiyev vurğulayıb ki, onun rəhbərlik etdiyi qurum gömrük orqanlarında korrupsiya ilə mübarizəni davam etdirəcək.

DGK sədri həmçinin qaçaqmalçılıq məsələsinə toxunub və qeyd edib ki, il ərzində bu cür faktlarla bağlı 500-dən çox cinayət işi açılıb. Görülən tədbirlər nəticəsində 1,2 ton narkotik müsadirə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
594 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...