Prezident İlham Əliyev Akademik Valeri Ulyanişşevin 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Akademik Valeri Ulyanişşevin 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Akademik Valeri Ulyanişşevin 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

2018-ci ilin dekabr ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Valeri İvanoviç Ulyanişşevin anadan olmasının 120 illiyi tamam olur.

Akademik Valeri Ulyanişşev Azərbaycanın mikroflorasına dair fundamental araşdırmaları və bu sahədə mühüm nailiyyətləri ilə respublikada biologiya elminin aktual problemlərinin öyrənilməsinə, eləcə də kənd təsərrüfatı üçün böyük əhəmiyyətə malik bir sıra məsələlərin həllinə sanballı töhfələr vermişdir.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Milli Elmlər Akademiyası akademik Valeri Ulyanişşevin 120 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
564 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...