Bayram gecəsi Bakıda təcili yardıma 2300-ə yaxın müraciət daxil olub

Bayram gecəsi Bakıda təcili yardıma 2300-ə yaxın müraciət daxil olub

“Bayram gecəsi, dekabrın 31-i Səhiyyə Nazirliyinin Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2300-ə yaxın müraciət daxil olub”.

Bunu “Report”a açıqlamasında Stansiya baş həkiminin Operativ və hospital işləri üzrə müavini Murad Mirzəzadə deyib.

Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə həmin gün müraciətlərin sayında azalma qeydə alınıb: “Keçən il bu rəqəm 2900-dən artıq idi. Azalma həmin gün paytaxtda havanın kəskin soyuq olmaması, yaxud insanların rayonlara və ya xarici ölkəyə getməsi ilə əlaqəli ola bilər”.
M.Mirzəzadə qeyd edib ki, müraciətlər bütün sahələr üzrə olub: “Baş ağrısından kəskin cərrahi, hipetoloji və digər ağır növlərə kimi müraciətlər arasında olub. Hər bir çağırışa vaxtında baxılıb və hansısa fövqəladə hal baş verməyib, hansısa növ çağırışlarda artım müşahidə olunmayıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
813 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...