Məhkəmə “Araz Supermarket”i cəzalandırdı

Məhkəmə “Araz Supermarket”i cəzalandırdı

“Araz Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti bir müddət öncə valyuta tənzimi qaydalarını pozduğu üçün məhkəməyə verilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, şirkət avans yolu ilə ödənilmiş pulun müqabilində müəyyən edilmiş müddətdə müvafiq xidmət göstərməməsinə baxmayaraq pulu da geri ödəməkdən imtina edib.

Nəsimi Rayon Məhkəməsinin qərarı isə şirkətin davranışlarının əleyhinə olub və məhkəmə avansın geri qaytarılmalı olduğu qənaətinə gəlib. “Araz Supermarket” qanunu pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cəzlandırılıb və avansın 20 faizi məbləğində cərimə ödəməsi barədə qərar çıxarılıb.

Lakin şirkət bununla razılaşmayıb və qərardan apellyasiya şikayəti verib. İş icraata götürülüb və proses yanvarın 4-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynovun sədrliyi ilə davam etdiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1186 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...