Ölkədə sabit hava şəraiti davam edəcək - Proqnozlar Bürosu

Ölkədə sabit hava şəraiti davam edəcək -

Azərbaycan ərazisində növbəti iki-üç gündə müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, ölkə ərazisində yaxın 2-3 gündə hava şəraiti sabit keçəcək.

Onun sözlərinə görə, növbəti günlərdə hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

Direktor deyib ki, ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. G.Məmmədova qeyd edib ki, növbəti iki-üç gündə qərb küləyi əsəcək, arabir güclənəcək: "Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9-14, Mərkəzi Aran rayonlarında da 9-14, dağlıq ərazilərdə isə 7-12 dərəcəyədək isti təşkil edəcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
693 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...