BNA daşıyıcı şirkətlərə tələb qoyub: "Avtobuslar yenilənsin " - Kart sisteminə tam keçid

BNA daşıyıcı şirkətlərə tələb qoyub: "Avtobuslar yenilənsin " -

"Marşrut avtobuslarının yenilənməsi istiqamətində intensiv iş aparılır”.

Bunu "Sherg.az”a Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev deyib.

Qurum sözcüsü bildirib ki, avtobus bazası tam yenilənən marşrut xətlərində kart sisteminə keçiləcək:

"Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün müntəzəm marşrut xətt avtobuslarında nağdsız ödəniş sisteminə tam keçid avtobus bazasının yenilənməsindən sonra mümkün olacaq. Hazırda əsas məqsəd avtobus bazasının xüsusən, ətraf kənd və qəsəbələrə xidmət edən avtobusların yenilənməsinə nail olmaqdır.

BNA bu istiqamətdə konkret işlər aparır. Daşıyıcılar qarşısında konkret tələblər qoyulub ki, balanslarında olan avtobusları yeniləsinlər. Bu tələbə uyğun olaraq artıq bu ilin ötən dövründə 700 ədədə yaxın nəqliyyat vasitəsi yenilənib.

Beləliklə, avtobus bazası tam yenilənən marşrut xətlərinin mərhələ ilə kart sisteminə keçidi də təmin ediləcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
848 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...