Xaricdə təhsil alan məzunların nəzərinə — Diplomların tanınması qaydaları dəyişir

Xaricdə təhsil alan məzunların nəzərinə —

Dünyanın 500 ali təhsil müəssisəsini bitirəcək məzunların diplomları avtomatik olaraq Azərbaycanda tanınacaq. “Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən yeni nostrifikasiya qaydaları hazırlanıb. Hazırda qaydalar yekun müzakirə mərhələsindədir və yaxın müddətdə təsdiq olunması üçün hökumətə təqdim olunacaq”.

Gundeminfo.az xəbər verir ki, bunu APA-ya Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Samir Vəliyev deyib.

İdarə rəisi qeyd edib ki, yeni qaydalara əsasən dünya üzrə 500 ali təhsil müəssisənin siyahısı dərc olunacaq. S.Vəliyev qeyd edib ki, dünya reytinqli həmin təhsil müəssisələrinin məzunlarının diplomları avtomatik olaraq Azərbaycanda tanınacaq: “Həmin siyahıda nəzərdə tutulmayan digər təhsil müəssisələrini bitirən məzunların diplomları isə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahanlar əsasında bilik və bacarıqlarını təsdiq etdirdikdən sonra nostrifikasiya ediləcək. Proses olaraq məqsədimiz, ana xəttimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha nüfuzlu və reytinqli ali təhsil müəssisəsində təhsil alsın. Siyahıya daxil olan 500 təhsil müəssisəsindən kənar təhsil müəssisələrində verilən diplomları inkar etmirik. Sadəcə olaraq, yeni qaydalara görə, digər ali məktəblərdə təhsil alan məzunların diplomları yalnız ayda 2 dəfə keçirilməsi nəzərdə tutulan xüsusi imtahanlarda iştirak etdikdən və minimal biliklərini təsdiq etdirdikdən sonra tanınacaq. Bu imtahanlardan sonra artıq müsahibələr keçirilməyəcək. Bu imtahanlar yetərli olacaq ki, şəxs öz biliyini imtahanlara əsasən təsdiq etdirərək diplomunu təsdiq etdirsin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
861 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...