Bakıda 370-dən artıq sürücü cəzalandı

Bakıda 370-dən artıq sürücü cəzalandı
Müəyyən edilən qrafikə uyğun olaraq texniki baxışdan keçməyən minik avtomobilləri ilə bağlı Bakıda həyata keçirilən tədbirlər gücləndirilib

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, avqustun 1-dən bu günə qədər avtomobilini texniki baxışdan keçirməyən 370-dən artıq sürücü inzibati məsuliyyətə cəlb edilib və bu gün də bu istiqamətdə nəzarət gücləndirilib.

Bölmə rəisi bildirib ki, texniki baxışdan keçməməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunur.

Qeyd edək ki, minik avtomobilləri 1 may-31 iyul tarixləri aralığında texniki baxışdan keçməlidir. Qanunvericiliyə əsasən, minik avtomobilləri istehsal olunduğu vaxtdan hesablanmaqla, 5-ci, 7-ci, 9-cu, 11-ci ildə və bundan sonrakı müddətdə hər il texniki baxışdan keçirilməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
893 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...