Nazirlik: Bakıda müşahidə olunan toz dumanı üç gün davam edəcək

Nazirlik: Bakıda müşahidə olunan toz dumanı üç gün davam edəcək
"Bakı və Abşeron yarımadasında bu gün səhər saatlarında müşahidə olunan tozlu hava şəraiti Türkmənistandan hərəkət edən tozlu hava kütlələri ilə bağlıdır".
Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.
O bildirib ki, paytaxtda və yarımadada son günlər küləkli hava şəraiti müşahidə olunur: "Bunun nəticəsində də Türkmənistandan Xəzərin sahilyanı ərazilərinə tozlu hava kütlələri daxil olub. Bu, özünü daha çox Abşeron yarımadasında göstərir. Küləkli hava şəraiti müşahidə olunduğundan həmin toz kütlələri səpələnir".
Nazirlik rəsmisi qeyd edib ki, bunun əsas səbəbi zəif cənub-şərq küləyinin əsməsi və Türkmənistanda səhrəda baş verən fırtınalar nəticəsində yuxarı qalxmış toz burulğanıdır: "Belə metereoloji şərait, toz dumanı növbəti üç gün ərzində davam edəcək. Yəni avqustun 26-dək zəif küləklər müşahidə olunacaq, temperatur yuxarı olacaq, nisbi rütubət normadan artıq olacaq. Bu da tozun miqdarının artmasına gətirib çıxara bilər. Nəfəs yollarında problem olan insanların ev şəraitində qalmaları daha uyğundur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
775 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...