Körpə yanğından son anda xilas edildi, Nazirlik əməkdaşının halı pisləşdi – VİDEO

Körpə yanğından son anda xilas edildi, Nazirlik əməkdaşının halı pisləşdi –

Abşeron rayonu Xırdalan şəhəri Yusif Məmmədəliyev küçəsində yanğın baş verib.

ARB TV xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları hadisə yerinə gəliblər. Evdə olan körpə uşaq yanğından xilas edilib.

Məlumata görə Fövqəladə Hallar Nazirliyi əməkdaşlarından birinin halı pisləşib. Hadisə yerinə təcili tibbi maşını gəlib. Yanğınsöndürənə ilkin tibbi yardım göstərilib. Alov söndürülüb. Hadisə zamanı evin çox hissəsi əşyalarla birlikdə yararsız hala düşüb.

Yanğının səbəbləri araşdırılır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
736 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...