Azərbaycan dünya çempionatından imtina etdi

Azərbaycan dünya çempionatından imtina etdi


Azərbaycan yelkənli idman növü - “470” yaxtaları üzrə dünya çempionatının keçirilməsindən imtina edib. Azərbaycan Yelkənli İdman Federasiyasının məlumatına görə, “imtina maliyyə problemləri ilə əlaqədardır”. Yaxta idmanı üzrə dünya çempionatının 2016-cı ilin yayında Bakıda təşkil edilməsi qərara alınmışdı. Qərar 2015-ci ildə Afinada Beynəlxalq Yelkənli İdman Federasiyasının Baş Assambleyasının iclasında qəbul edilmişdı.

Yelkənli idman - “470” yaxtaları olimpiya idman növüdür. Bununla belə bu il Azərbaycan Formula-I, 17 yaşlılardan ibarət futbol üzrə Avropa Çempionatının final oyunlarına və Şahmat Olimpiadasına ev sahibliyi edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
807 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...