Dövlət komitəsi nəşriyyatlara xəbərdarlıq etdi

Dövlət komitəsi nəşriyyatlara xəbərdarlıq etdi


Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədəki nəşriyyatlara xəbərdarlıq edib.

APA-nın məlumatına görə, komitənin sədr müavini Gündüz İsmayılov bu gün Qafqaz MÜsəlmanları İdarəsində keçirilən tədbirdə bildirib ki, bir sıra nəşriyyatlar icazəsiz, rəsmi tərtib olunmuş qaydaya uyğun olmayan dini təqvimlər nəşr edir. Bu da ölkədə bəzi yerlərdə yayılaraq çaşqınlıq yaradır: "Biz nəşriyyatların rəhbərləri ilə görüşlər keçirdik və onlara xəbərdarlıq etdik”.

Komitə rəsmisi onu da deyib ki, Məhərrəmlik ayında bununla bağlı komitə monitorinq keçirəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
954 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...