Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?


Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı gözlənilir, gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Gündüz şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-14, gündüz 15-17 dərəcə isti, Bakıda gecə 12-14, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, gecə və səhər güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 15-20, dağlarda gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1153 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...