Məşhur jurnalist Uğur Dündar həbs olundu

Məşhur jurnalist Uğur Dündar həbs olundu


Türkiyədə xəbər aparıcısı, jurnalist Uğur Dündar həbs olunub.

ANS PRESS-in məlumnatına görə, Türkiyənin məşhur jurnalistlərdən biri Uğur Dündar həyatının ən böyük şokunu yaşayıb. 5 Aprel 2014-cü ildə işlədiyi qəzətdə yazdığı yazıya görə Binalı Yıldırıma təhqir etdiyi iddiası ilə 1 ildən 2 il 4 aya qədər həbs cəzasının verilməsi tələb olunub.

Məhkəmə ona keçmiş Nəqliyyat və Dənizçilik naziri Binəli Yıldırımı köşə yazısında təhqir etdiyi səbəbiylə 11 ay 20 gün həbs cəzasının verilməsi haqqında qərar çıxarıb. Məhkəmə daha əvvəl Uğur Dündara 1 illik nəzarət müddəti təyin etmişdi.

Məhkəmə prosesində İldırım və Dündar iştirak etməyib. Dündarın vəkili Ceren Yakışır yazıda heç bir təhqirin olmadığını deyib. Binali Yıldırımın vəkili Serkan Bayram isə şübhəlinin cəzalandırılmasını tələb edib. Prosesin sonunda hakim qərarı açıqlayıb, jurnalistin həbsi barədə hökm oxunub. Bu günə qədər bir çox televiziya proqramlarının aparıcısı olan Uğur Dündar saysız mükafatın sahibidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
967 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...