Nobel Sülh Mükafatının sahibi bəlli olub

Nobel Sülh Mükafatının sahibi bəlli olub


2015-ci il Nobel Sülh Mükafatının sahibi bəlli olub. Mükafata Tunis Milli Dialoq Dördlüsü layiq görülüb.

Trend “Sputnik”a istinadən xəbər verir ki, Mərkəzi Norveçdə yerləşən Nobel komitəsi, 2011-ci ildǝ baş verən inqilabdan sonra plüralist, demokratik ölkə quruculuğunda xidmətlərinə görə Tunis Dördlüsünün mükafata layiq görüldüyünü açıqlayıb. Sülh mükafatına namizədlər arasında Papa Fransisk və Almaniya kansleri Angela Merkel də var idi.

Təxminən 1 milyon dollar dəyərindəki Nobel Sülh Mükafatı 10 dekabrda Norveçin paytaxtı Osloda keçiriləcək mərasimlə sahiblərinə təqdim ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
971 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...