“Erməninin Azərbaycana sığınması dünyaya mesajdır” - Bayram Səfərov

“Erməninin Azərbaycana sığınması dünyaya mesajdır” -


“Ermənistan rəhbərliyinin siyasətə aidiyyəti olmayan ermənilərin belə başına açdığı oyunu hamı görür”.

APA-nın məlumatına görə, bunu “Dağlıq Qarabağın Azərbaycanlı İcması” ictimai birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyanın Ermənistandan qaçaraq Azərbaycandan siyasi sığınacaq istəməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, V. Martirosyanın dünya dövlətləri arasında məhz Azərbaycana sığınması Azərbaycan xalqının mentalitetinin, tərbiyəsinin göstəricisidir.

B. Səfərov deyib ki, erməni pənahının yalnız Azərbaycan xalqında olduğunu görüb: “Erməninin Azərbaycana əl uzatması bütün dünyaya, o cümlədən, Avropa Parlamentinin sonuncu qərəzli bəyanatına mesajdır. Bu o deməkdir ki, Azərbaycan xalqını tanımamış, onun haqqında iftiralar söyləmək olmaz”. B. Səfərov qeyd edib ki, erməninin açıqlamaları Ermənistanda cinayətkar rejimin hökm sürdüyünü bir daha təsdiqləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
993 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...