Sabah Bakıda 30 dərəcə isti olacaq

Sabah Bakıda 30 dərəcə isti olacaq


Sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 18-22, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperatur gecə 15-20, gündüz 28-33 dərəcə, dağlıq rayonlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1050 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...