Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ-dan İLK AÇIQLAMA

Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ-dan

ABŞ-ın Xarici İşlər Nazirliyi Fətullah Gülənin Türkiyəyə ekstradisiya edilməsi ilə bağlı ilk məlumatı yayıb.

BakuPost xəbər verir ki, Rəsmi Vaşinqtonun verdiyi açıqlamada Türkiyədən göndərilən sənədlərin dəyərləndirildiyi lakin bu mövzuda hər hansısa bir görüşün keçirilmədiyi vurğulanıb. Bildirilib ki, ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosuna (FBİ) Fətullah Gülənin Türkiyəyə təhvil verilməsinin qanuni yollarının tapılması üçün göstəriş verib.

İddiaya görə Amerikanın bu mövzuda addım atmasının səbəbi Türkiyəni Camal Qaşıqçı mövzusunda sakitləşdirmək və Səudiyyə Ərəbistanı rəhbərliyi üzərindəki təzyiqi azaltmaqdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
743 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...