Türkiyə Azərbaycana 5 mln. dollarlıq dondurma satıb

Türkiyə Azərbaycana 5 mln. dollarlıq dondurma satıb
Türkiyə son 5,5 ildə 68 ölkəyə və 4 azad ticarət zonasına ixrac etdiyi dondurmadan 204 mln. ABŞ dolları həcmində gəlir əldə edib.

“Report”un Türkiyə Statistika İdarəsinə (TÜİK) istinadən verdiyi məlumata görə, qeyd edilən dövr ərzində İraq, Kosovo, Albaniya, Şimali Kipr, BƏƏ və Azərbaycana ümumilikdə 88,4 min tona yaxın dondurma ixrac edilib.

Dünyanın ən çox dondurma ixracatçıları sırasında 15-ci sırada yer alan Türkiyə 2012-ci ilin yanvarından 2017-ci ilin iyununa kimi 88 366 ton dondurma ixrac edib: “Əgər bir qaşığın (scoop) 50 qram olduğunu nəzərə alsaq, görərik ki, Türkiyə təqribən 1,7 mlrd. “scoop” dondurma ixrac edib”.

Türkiyənin Azərbaycana ixrac etdiyi dondurmanın dəyəri isə 5 mln. dollar civarında olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
782 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...