Ağdamda dörd nəfəri it dişləyib

Ağdamda dörd nəfəri it dişləyib


Ağdam rayonunda it dişləmə faktları çoxalıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ötən gündən indiyədək 4 nəfər it dişləməsi xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Ağdam MRX-dan bildirilib ki, rayonun Əfətli kənd sakini, 2004-cü il təvəllüdlü Əliyev Məsud Sehriban oğlu sağ qolun bilək nahiyəsindən, Quzanlı qəsəbəsinə qonaq gələn Ağcabədi rayonunun Muğanlı kənd sakini, 43 yaşlı Əsədov Əlvan Şöhrət oğlunu sağ ayağının baldır nahiyəsindən, Çəmənli kənd sakini, 1988-ci il təvəllüdlü Şükürov Əli Fehruz oğlunu çiyin nahiyəsindən, Qərvənd kəndində qonaq olan Yüzbaşlı kənd sakini, 16 yaşlı Məmmədov Fərid Habil oğlunu isə ayağından xəsarət alıb.

Zərərçəkənlər quduzluğa qarşı peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Ağdam rayon Baytarlıq Xidməti İdarəsinin rəisi Əli Bağırov bildirib ki, rayonun bütün yaşayış məntəqələrində heyvanların quduzluğa qarşı vaksinasiyası aparılıb. Hazırda idarənin baytar həkimləri it dişləməsi faktları qeydə alınan yaşayış məntəqələrindəki heyvanları nəzarətə götürərək profilaktik tədbirləri davam etdirilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
849 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...