'Kurtlar Vadisi'ndə şifrəli 1 dollar səhnəsi çevrilişdə gerçək oldu - VİDEO

'Kurtlar Vadisi'ndə şifrəli 1 dollar səhnəsi çevrilişdə gerçək oldu -


Türkiyədə çevrilişə cəhd edən yüksək hərbi rütbəli komandirlərin saxlanılan zaman əksəriyyətinin üzərlərindən tapılan 1 dollarlıq banknotlar "Kurtlar Vadisi Pusu" serialında iki il əvvəl efirə gedən bir səhnəni xatırladıb.

Sözügedən səhnədə Cahid və Polad Ələmdarın bacısı Safiyə digərlərindən fəqrlənən 1 dollarlıqlar tapmışdılar. Safiyə bu 1 dolların fotosunu xarici ölkədəki müəlliminə internet üzərindən göndərərək şifrəsini açmağa çalışmışdı.

Qeyd edək ki, çevrilişə cəhd edən hərbçilərin evlərini axtaran zaman da 1 dollarlıqlar tapılıb.

Türkiyəli ekspertlər bunu hansısa məna daşıyan şifrə, tanınma vasitəsi hesab edərək, günlərdir ki, TV-lər vasitəsi ilə müzakirə edirlər.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
756 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...