Yaponiyada daha bir güclü zəlzələ baş verdi

Yaponiyada daha bir güclü zəlzələ baş verdi


Yaponiyanın Kumamoto əyalətində 7,1 bal gücündə zəlzələ baş verib.

Virtualaz.org «Reuters» agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri əyalətin inzibati mərkəzinin 1 kilometrliyində, ocağı isə 7 km dərinlikdə yerləşib.
Qeyd edək ki, Kumamoto şəhərində 740 min əhali yaşayır. Əyalətdə sunami təhlükəsi elan edilib. Dünən Yaponiyanın cənub-şərqində baş verən zəlzələ nəticəsində 9 nəfər ölüb, 860 nəfər xəsarət alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
769 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...