Tiflisdən Türkiyə və Avropaya 40-50 dollarlıq uçuşlar başladı – SİYAHI

Tiflisdən Türkiyə və Avropaya 40-50 dollarlıq uçuşlar başladı –


Uzun müddətdir təxirə saldığınız sevimli şəhərə səfərinizi artıq reallaşdıra bilərsiniz. İstər Parisə, istərsə də Romaya 50 dollardan başlayan qiymətlərlə səyahət edə bilərsiniz. GUNDEMİNFO.AZ Fins.az-a istinadən xəbər verir ki, aşağı büdcəli aviaşirkət “Pegasus” öz yeni kampaniyasında 50 dollardan başlayan xarici uçuşlara start verib. Kampaniya çərçivəsində qonşu Gürcüstanın Kutaisi şəhərindən İstanbula 40 dollara, Tbilisidən İstanbula isə 50 dollardan uçmaq olar.

İstanbuldan isə Milana, Romaya, Madridə, Vyanaya 46 dollara, Londona 49 dollara uçmaq olar.

Qeyd edək ki, “Pegasus” Azərbaycana uçmasa da, bu kampaniyadan Azərbaycan vətəndaşları da istifadə edə bilərlər. Belə ki, həmyerlilərimiz Tiflisdan İstanbula və digərp marşrutlara belə endirimli qiymətlərlə uça bilərlər. Həddən artıq sərfəli tariflər sayəsində Tiflisdən Avropaya (İstanbuldan keçməklə) cəmi 280-200 dollardan başlayan qiymətlərlə uçub və qayıtmaq olar. Bu gündən etibarən fevralın 11-nə qədər biletlərinizi ala bilərsiniz. Martın 1-dən iyunun 30-dək isə uçuş vaxtlarıdır. Amma bu
kampaniya mayın 13-dən 23-dək olan müddətə aid deyil. Endirimli biletləri “flypgs.com”, “Pegasus mobil” sayt və tətbiqlərindən ala bilərsiniz.

Endirimlər sadəcə birbaşa uçuşlar üçün keçərlidir. Xatırladar ki, yerli vətəndaşlar Tiflis şəhərinə gedərək “Pegasus”la səyahət edə bilərlər.


Tiflisdən Türkiyə və Avropaya 40-50 dollarlıq uçuşlar başladı –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1112 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...