Zükerberq Tramp üçün 1 milyon dollar bağışladı

Zükerberq Tramp üçün 1 milyon dollar bağışladı

Mark Zükerberqin rəhbərlik etdiyi Meta korporasiyası ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiya fonduna 1 milyon dollar bağışlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

“Zükerberq “Amerikanı xilas etmək” kitabında sahibkarı 2020-ci il seçkisində ona qarşı təxribatda ittiham edən, 2024-cü il seçkisinə müdaxilə edəcəyi təqdirdə onu ömürlük həbslə hədələyən Trampla münasibətləri yaxşılaşdırmağa çalışır. Bu addım nə 2017-ci ildə Tramp Fonduna, nə də 2021-ci ildə Bayden Fonduna vəsait ayıran korporasiyanın adi siyasətindən fərqlənir”, - məlumatda deyilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
274 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...