Manat MDB dördüncüsüdür - CƏDVƏL

Manat MDB dördüncüsüdür -


Yanvarda Azərbaycan valyutasl postsovet ölkələri arasında ən dözümlülərdən olub.Yanvar ayında milli valyutasının dollara nisbətdə məzənənsinin ən az dəyişməsinə görə Azərbaycan Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında dördüncü olub.

ANS PRESS-ini məlumatına görə, yanvar ayında manatın dollara nisbətən məzənnəsi 2,65% azalıb. Hazırda 1 dollar 1,6 Azərbaycan manatına satılır. Yanvarın əvvəlində isə 1 dollar qarşılığında 1,56 manat almaq mümkün idi.

2016-cı ilin yanvar ayında dolların qiymətinin manat qarşısında dəyişməsi
Manat MDB dördüncüsüdür -


2016-cı ilin yanvarında milli valyutasının məzənnəsi ən azalan MDB ölkəsi Türkmənistan olub. Ay ərzində türkmən manatının məzənnəsi heç dəyişməyib. İkincilik isə Özbəkistana məxsusdur. Özbək somunun dollara nisbətdə məzənnəsi yanvarda 0,77% ucuzlaşıb.

Postsovet məkanı ölkələrində yanvar ayında ən arzuolunmaz vəziyyət Tacikistanda qeydə alınıb. Bu ölkənin milli valyutası dollara nisbətən 12,9% dəyər itirib.

Bu mənfi siyahıda axırdan ikinci yerdə gələn ölkə isə Belarus olub. Belarus valyutası yanvarda dollar qarşılığında 12,4% dəyər itirib. Əgər 1 dolların qiyməti yanvarın əvvəlində 18 569 Belarus rublu olubsa, ayın sonunda bu, 20 823 rubla qalxıb.

Bir sıra postsovet ölkələrində milli valyutanın dollar qarşısında dəyər itirməsi (%-lə)
Manat MDB dördüncüsüdür -


Milli valyutanın möhkəmlik dərəcəsinə görə, axırdan üçüncü yerdə Qazaxıstan qərarlaşıb. Yanvar ayında bu ölkədə dollar 7,46% bahalaşıb. Devalvasiya siyahısında daha sonra aşağıdakı postsovet ölkələri gəlir: Moldova 4, 81%, Ukrayna 4,8%, Gürcüstan 3,22%, Rusiya 3,14%, Azərbaycan 2,65%, Ermənistan 1,03%, Özbəkistan 0,77%. Türkmənistan isə yuxarıda qeyd olunduğu kimi ayı devalvasiyasız başa vurub.

Əslində, manatın yanvardakı devalvasiyası 2015-ci ildə inzibati üsulla gerçəkləşdirilmiş iki texniki devalvasiyanın təsiri altında baş vermiş ətalət prosedurudur. Azərbaycan Mərkəzi Bankı 2015-ci il fevralın 21-də inzibati üsulla dolların qiymətini 0,78 manatdan 1,05 manata, dekabrın 21-də isə 1,05 manatdan 1,55 manata qaldırdı.

Bu, 2015-ci il ərzində ölkədə böyük dollar ajiotajı yaratdı. Nəticədə, fiziki və hüquqi şəxslər, əhali əllərində olan manat kütləsini dollara çevirməyə başladı. Bununla da 7 milyard dollarlıq manat dövriyyədən çıxarıldı.

İndi dövriyyədə manat qıtlığı yaşansa da əhali əlində olan dolların bir qismini belə manata çevirmək istəmir. Bu, ticarət dövriyyəsinə də mənfi təsir göstərir. Hökumətin istiqrazlar buraxaraq əhalinin əlindəki dolların bir qismini "yastığın altından" çıxarmağa çalışsa da, bu o qədər də ümidverici görünmür.

ANS PRESS-in vətəndaşlar arasında keçirdiyi sorğudan aydın olub ki, əhali SSRİ dövründəki uduşlu istiqrazlar kimi qiymətli kağızlar istəyir. Həmin vaxt 50 rublluq istiqraz 10 min rubla qədər uduş imkanı verirdi. Bu isə həmin qiymətli kağızların əhali arasında böyük populyarlığına imkan yaradırdı.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
954 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...