Naxçıvan MR Daxili İşlər naziri Rəşad İsmayılovun yeni “İslahatı”: “Xüsusi rütbə biznesi?”

Naxçıvan MR Daxili İşlər naziri Rəşad İsmayılovun yeni “İslahatı”:

“Ay alan, “rütbeyi-xüsusi” satıram!”

Naxçıvan MR daxili İşlər Nazirliyində bir qrup zabitin rütbələrini yüksəltmək vaxtı çatsa da bu iş yubadılır.

Ovqat.com-a bu barədə məlumat Naxçıvan MR DİN-in Kadrlar Aparatında çalışan yüksək rütbəli mənbədən daxil olub.

Mənbəmizin dediyinə görə DİN-də xüsusi rütbələrin verilməsi qaydası “Daxili İşlər Orqanlarında xidmət keçmə haqqında” Əsasnamə və Azərbaycan Respublikası Daxili İşlıər Nazirliyinin digər idarədaxili normativ hüquqi aktlarına əsasən verilir. Adı çəkilən Əsasnamənin 51-ci bəndində əsasən, “Daxili işlər orqanları əməkdaşlarına xüsusi rütbələr fərdi şəkildə, ardıcıl qaydada, təhsili, olduqları rütbədə xidmət müddəti, tutduqları vəzifədə rütbə hədləri, həmçinin bu Əsasnamə ilə nəzərdə tutulan digər şərtlər nəzərə alınmaqla verilir”. Lakin Naxçıvan MR DİN-də bu tələblər pozulur. Bu pozuntunun başında isə Naxçıvan MR Daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov və Kadrlar Şöbəsinin rəisi, polis kapitanı Rahin Əmirov durur.

Mənbəmiz bu yubanmanı Naxçıvan MR Daxili İşlər naziri, polis polkovniki Rəşad İsmayılovun “İSLAHATLARI” çərçivəsində qəbul olunmuş yeni qaydalarla əlaqələndirir.

Bəs Naxçıvanvari yeni qaydalar nədən ibarətdir?

Məlumata görə, yazılmamış yeni qaydalarda rütbə vaxtı çatmış əməkdaşdan xüsusi normativlərin götürülməsi nəzərdə tutulur. Normativi verə bilməyən əməkdaş isə yenidən rütbə almaqdan məhrum olur.

“Biz anlayırıq. Hörmətli Rəşad İmsayılov Daxili İşlər Orqanlarına yad insandır. Amma heç olmasa özü Ali Diplomatiya Kollecinin hüquq fakülətsini bitirib. Ona görə də arada “Daxili İşlər orqanlarında ximdət keçmə haqqında Əsasnamə”ni vərəqləsə, yaxşı olar. Yuxarıda qeyd etdiyimiz 51-ci maddədə belə bir norma var ki, xüsusi rütbələr Əsasnamədə nəzərdə tutulmuş şərtlərə əsasən verilir. Əsasnamədə nəzərdə tutulmuş şərtlər 50-72-ci bəndlərdə öz əksini tapıb. O şərtlərdə isə xüsusi normativin verilməsi nəzərdə tutulmayıb. Daxili İşlər Nazirliyi, hər hansı bir şəxsi kommersiya şirkəti, və ya istehsalat müəssisəsi deyil ki, şəxsi istəklərlə idarə olunsun”, - mənbəmiz deyib.

O, həmçinin, öz ifadəsi ilə desək, saytımız vasitəsilə “hörmətli Rəşad İsmayılovun diqqətinə əsasnamənin 71-ci bəndini çatdırmaq” istəyib:

“Tabeliyində olan əməkdaşa növbəti xüsusi rütbənin verilməsini əsassız gecikdirən vəzifəli şəxs intizam məsuliyyəti daşıyır. Daxili işlər orqanları əməkdaşına növbəti xüsusi rütbənin verilməsi əsassız gecikdirildikdə onun növbəti xüsusi rütbə alması üçün xidmət müddəti əvvəlki xüsusi rütbədə xidmət müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanır”.

Bəs rütbələrin gecikdirilməsi və normativ əsasında xüsusi rütbənin verilməsinin əsas səbəbi nədir?

Naxçıvan MR DİN-in kulislərində gedən söhbətlərə görə, rütbələr xüsusi ödəniş əsasında veriləcək. Yəni kobud səslənsə də, pulu verən zurnanı çalacaq. Bir sözlə, Rəşad İsmayılovun yeni islahatlarında “rütbələrin pulla satılması” nəzərdə tutulmuş ola bilər.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1650 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...