Əli Nağıyevin oğlunun 1 milyon dollara yaxın borcu var – Təfərrüat

Əli Nağıyevin oğlunun 1 milyon dollara yaxın borcu var –

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin oğlu Araz Nağıbəyliyə məxsus olduğu bildirilən və Rusiyada fəaliyyət göstərən “Naxçıvan İnvest” (VÖEN- 7704448970) şirkətinin 2021-ci il üçün maliyyə hesabatı açıqlanıb.

Yeniavaz.com Rusiyanın müvafiq rəsmi qurumlarının açıqladığı məlumatlara istinadən bildirir ki, qeyri-yaşayış sahələrinin icarəsi və idarə edilməsi sahəsində fəaliyyət göstərən “Naxçıvan İnvest” şirkətinin 2021-ci ildə fəaliyyət göstərməyib.

Bu ilin əvvəlinə olan məlumata görə şirkətin 31 milyon 401 min rubl debitor borcu var. Mərkəzi Bankın açıqladığı rəsmi məzənnə (1 rub/0,0263 azn) ilə hesabladığımız zaman bu məbləğ 826 min dollara bərabər olur.

Bundan başqa şirkətin 3 milyon rubl (78 min dollar) kredit borcu da var.

Məlumat üçün bildirək ki, Arzu Nağıbəyli “Naxçıvan İnvest” şirkətində 50%-lik payla 2 təsisçisindən biridir. Şirkətin digər təsisçisi isə Fərdi Ələkbərov adlı şəxsdir.

“Naxçıvan İnvest” 13 dekabr 2017-ci ildə Moskva şəhəri, Akademik Pilyuqin, 8A ünvanında hüquqi qeydiyyata alınıb.
Araz Nağıbəyli və Fərdi Ələkbərov tərəfindən 14 dekabr 2017-ci ildə Moskva şəhəri, Akademik Pilyuqin, 8A ünvanında hüquqi qeydiyyata alınan “Naxçıvan” adlı şirkət isə ötən ilin sentyabr ayının 23-də ləğv olunub.

Araz Nağıbəyli həmçinin 2009-2013-cü illərdə fəaliyyət göstərmiş "Eqan" adlı şirkətin də təsisçisi olub.

Məlumat üçün qeyd edək ki, Əli Nağıyev 1954-cü ildə Naxçıvan şəhərində anadan olub. Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini olub. 1995-ci ildə Milli Məclisin deputatı seçilib. Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub. 1996-2006-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olub. 2006-2011-ci illərdə Azərbaycanın Belarusda Fövqəladə və Səlahiyyətli Səfiri olub.

Əli Nağıyevin oğlunun 1 milyon dollara yaxın borcu var –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1767 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...