Sahil Babayev şübhəli təyinatından GERİ DURACAQMI?

Sahil Babayev şübhəli təyinatından

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin struktur və kadr islahatları həyata keçirərkən 6 saylı Ərazi Məşğulluq Mərkəzinə rəhbər Rəfat Məmmədovu təyin etməsi ictimaiyyət arasında böyük çaşqınlıq yaradıb.

Dominant.az xəbər verir ki, 6 saylı Ərazi Məşğulluq Mərkəzi isə Gəncənin Nizami, Kəpəz, Göygöl, Samux və Kəlbəcər rayonların əhatə edir.

Kimdir Rəfat Məmmədov?

Rəfat Məmmədov “üsyankar səfir” kimi tanınan, prezident İlham Əliyevi sərt tənqid edən Arif Məmmədovun doğmaca əmisi oğludur.

Bu təyinatdan sonra yenidən Arif Məmmədovu araşdırdıq.

Bir daha xatırladaq ki, 2000-ci ildə Arif Məmmədov Belçikanın Brüssel şəhərində yerləşən Azərbaycan Respublikasının Avropa İttifaqındakı daimi nümayəndəliyinin rəhbəri olub. O, 2006-cı ilədək bu vəzifədə çalışıb. Eyni zamanda o, 2004-2006-cı illərdə Azərbaycanın Belçika, Niderland və Lüksenburqdakı səfiri olub.

2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Arif Məmmədov Fransanın Strasburq şəhərində yerləşən Azərbaycan Respublikasının Avropa Şurasındakı Daimi Nümayəndəliyinin rəhbəri olub. 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev onun "fövqəladə və səlahiyyətli səfir” diplomatik rütbəsindən məhrum edilməsi barədə sərəncam verib.

Bundan başqa, o, dövlətə külli miqdarda ziyan vurmaqda, büdcə vəsaitlərinin qanunsuz istifadəsində ittiham olunaraq, beynəlxalq axtarışa verilib.

Bütün bunları yekunlaşdırsaq və son zamanlardakı bəyanatlarını, çxışlarını da nəzərə alsaq, belə bir nəticəyə gəlmək olar ki, A.Məmmədov ermənilərlə əlbirdir. O, Azərbaycan xalqına qarşı ermənilər kimi nifrət bəsləyir, Azərbaycanın suverenliyindən qıcıqlanır və mənfur, qaniçən, qoca, uşaq, qadını qətlə yetirən, Xocalı soyqırımını törədən, Azərbaycan ərazilərini işğal edən, bir milyondan çox insanın yurd-yuvalarından didərgin düşməsinə səbəb olan erməniləri azərbaycanlılardan üstün tutduğunu açıq şəkildə bəyan edir.

Bu cür faktları uzatmaq da olar. Amma hesab edirik ki, dediklərimiz yetər. Yetməyən isə odur ki, bütün rəsmi qurumların, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının bildiklərini Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ya bilmir, ya da bu boyda həngamələr ona vız gəlir. Əgər Sahil Babayev Arif Məmmədovun əmisi oğlu Rəfat Məmmədovu bu boyda vəzifəyə bütün bunlardan sonra təyin edirsə, adamın daha deməyə sözü qalmır. Əcabə, sıradan bir nəfəri vəzifəyə təyin edəndə onun külli-nəsili araşdırılır. Necə olub ki, Sahil Babayev təyinat zamanı bunu nəzərə almayıb?

Bildirək ki, bundan əvvəl Rəfat Məmmədov Dövlət Məşğulluq Xidmətinin Göygöl rayon Məşğulluq Mərkəzində direktor olub. İki ayı tamam olmamış Sahil Babayev onu daha bir mühüm vəzifəyə irəli çəkib.

Avropaya sığınan keçmiş səfir Arif Məmmədovun hakimiyyətin ünvanına ən ağır sözləri səsləndirdiyi, onun xaricdə müəyyən dairələrlə əlaqələrinin olmasının iddia edildiyi bir vaxtda bu təyinatın nəyə xidmət etməsi başa düşülən deyil. Gorsən Prezidentin nazir təyin etdiyi Sahil Babayev kadr islahatı zamanı bu həssas məsələlərə nədən əhəmiyyət verməyib? Bax bu sual region əhalisini çox narahat edir.

Binnət İsmayılov

QEYD: Dominant.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövqeyini də yayımlamağa hazırdır.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
185 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...