Şirvan xəstəxanasında ŞOK! Həkimlə xəstə əlbəyaxa oldu - FOTOLAR

Şirvan xəstəxanasında ŞOK!
Şirvan xəstəxanasında ŞOK!
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında həkimlə xəstə arasında əlbəyaxa dava olub.

Oxu24.com xəbər verir ki, şəhər sakini Arzu Abdullayeva sağlamlıq arayışı almaq məqsədi ilə iyulun 23-də xəstəxanaya müraciət edib.
Məsələ ilə bağlı saytımıza müraciət edən Arzu Abdullayeva xəstəxanada göz həkimi Günel Səfərova tərəfindən döyüldüyünü iddia edib.
“Sağlamlıq haqda arayış almaq üçün göz həkiminin oturduğu kabinetə yaxınlaşdım. Qapının arxadan bağlı olduğunu gördüm. Qapını döydüyüm zaman bir xanım içəridən qapını açaraq “hansı zibillərdir qapını döyən” ifadəsini işlətdi. Mən ona sənəd üçün müraciət etmək istədiyimi bildirən zaman tibb işçisi əsəbi halda qapını üzümə çırpdı. Bu zaman əlim qapının arasında qaldı və dırnağım qırıldı. Daha sonra içəridən çıxan göz həkimi Günel Səfərova mənə hücum etdi. Nəticədə aramızda əlbəyaxa dava oldu. Mənə bir neçə yerdən xəsarət yetirdi. Xəstəxanada hücuma məruz qaldığım üçün əraziyə polis çağırdım.İş hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”,- deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı davada adı hallanan göz həkimi Günel Səfərova ilə də əlaqə saxladıq.
Günel Səfərova belə bir hadisənin baş verdiyini təsdiqlədi.
“O xanım çox söz deyə bilər. O, özü mənə xəsarət yetirib.Əlavə münasibət bildirmək istəmirəm”,- deyə həkim bildirib.
Şirvan xəstəxanasında ŞOK!

Həkim Günel Səfərova

Məsələ ilə bağlı xəstəxanın direktorun inzibati məsələlər üzrə müavini Murad Rəhimzadə də münasibət bildirib. Onun sözlərinə görə,məsələ hazırda ətraflı araşdırılır.
Şirvan xəstəxanasında ŞOK!

Qazi anasının döyülməsi iddiası ilə bağlı hazırda Şirvan Şəhər Prokurorluğunda da araşdırma aparılır. İşi aparan müstəntiq İlqar Novruzov saytımıza açıqlamasında bildirib ki,işlə bağlı ətraflı araşdırma aparılır. Fakta əsasən hüquqi qiymət veriləcək.
Qeyd edək ki, xəstəxanada döyüldüyünü iddia edən qadın Vətən Müharibəsi qazisi E.Abdullanın anasıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
268 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...