İranlı iş adamı ilə Yüksək Texnologiyalar Parkı arasında nə baş verir? - Qalmaqal davam edir

İranlı iş adamı ilə Yüksək Texnologiyalar Parkı arasında nə baş verir? -
İranlı iş adamı Ramin Tabibanın direktoru olduğu "Tak Noosh Group” MMC ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YTP) arasında məhkəmə çəkişməsi davam edir.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda apellyasiya mərhələsindədir. Şikayətçi "Tak Noosh Group” MMC-dir.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirnovun sədrliyi ilə baxılacaq.

"Tak Noosh Group” MMC YTP-nin rezident şirkətidir. 2021-ci ilin iyun ayında şirkətin istehsal sahəsinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə həmin vaxt AMEA-nın prezidenti olan Ramiz Mehdiyev də iştirak edib.

Təməlqoyma mərasimindən sonra Ramin Tabiban mediaya müsahibə verib. O, bildirib ki, şirkət müasir texnologiyalarla iki məhsul - kartof fri və çipsi istehsal etməyi planlaşdırır.

Lakin qısa müddət sonra YTP ilə şirkət arasında qalmaqal baş verib. "Tak Noosh Group” MMC YTP-ni müqavilə öhdəliklərinə əməl etməməkdə suçlayaraq məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi şirkətin iddiasını təmin etməyib. Hazırda şirkətin faktiki olaraq fəaliyyət göstərmədiyi bildirilir.

"Tak Noosh Group” MMC 24 sentyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Ramin Tabibandır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
190 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...