“Ziya Məmmədov elə bir yara qoyub gedib ki…” – Bakı-Sumqayıt yolundakı tıxacın ƏSL SƏBƏBLƏRİ

“Ziya Məmmədov elə bir yara qoyub gedib ki…” –
Bakı-Sumqayıt yolundakı tıxaclar hər zaman müzakirə mövzusu olub. Xüsusilə də yağışlı və qarlı havalarda bu yolda hərəkət iflic olur.

Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, Bakı-Sumqayıt yolunda sıxlığın yaranmasının iki səbəbi var.

O, səhər saatlarında Bakı, axşam saatlarında isə Sumqayıt istiqamətində tıxacların olduğunu xatırladıb:

“Səbəb isə odur ki, Sumqayıtda yaşayanların yarıdan çoxu paytaxtda işləyir və nəticədə, səhər saatlarında təxminən 200 mindən çox maşın həmin istiqamətdən şəhərə daxil olur. Lakin həmin yolun tutumu buna hesablanmayıb. Keçmiş nəqliyyat naziri Ziya Məmmədov və onun komandası bərbad bir nəqliyyat siyasəti yürütdü və hazırda yaşadığımız problemlərin bir çoxunda bunun mənfi rolu var”.

Ekspert qeyd edib ki, Xırdalan dairəsində körpü variantı tətbiq edilmədiyinə görə sürücülər həmin ərazidə tıxaca düşürlər:

“Yolun ötürücülük qabiliyyəti dairədə hərəkət edən nəqliyyat vasitələrinə münasibətdə güclü deyil. “Şamaxinka” adlanan ərazidə, eyni zamanda tunelin girişində də vəziyyət eynidir. Vaxtilə “20 yanvar” dairəsini şaxələndirmək lazım idi, amma etmədilər. Oradakı körpü əslində şaxələnməli idi – yəni, məsələn, o körpüyə qalxıb “Şərifzadə” və ya “Zərdabi küçəsi”nə, “Qələbə dairəsi” istiqamətinə, sola “Ziya Bünyadov prospekti”nə gedə bilərdiniz , və ya geriyə dönüb tunelə qayıtmağa imkan yarada bilərdilər. Məcbur deyil ki, hamı gedib “20 yanvar dairəsi”nə girsin, daha sonra Şamaxinkaya qayıtsın, yaxud “Ziya Bünyadov prospekti”nə dönsün, “Şərifzadə küçəsi”nə getsin və.s. Qısası, körpü şaxələnsəydi, problemlər yaşanmazdı. Bakı-Sumqayıt yolunun əsas problemi “20 yanvar” və Xırdalan dairələridir. Ziya Məmmədov orada bir yara qoyub gedib və bu gün həmin yaranı sağlatmaq çox çətindir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
105 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...