Abid Şərifova bağlı şirkətin səhmdarları toplanır – 2 milyondan çox borcaları var

Abid Şərifova bağlı şirkətin səhmdarları toplanır –
Azərbaycanın böyük tikinti şirkətlərindən biri olan “Avro-Asiya” İnşaat Korporasiyası "EVRASCON" ASC-nin (VÖEN – 1000085511) səhmdarlarının ümumi yığıncağının vaxtı dəyişdirilib.
Yeniavaz.com xəbər verir ki, daha əvvəl 25 iyun 2023-cü il tarixdə saat 11:00-a təyin edilən ümumi yığıncağın vaxtı saat 18:00-a keçirilib.
Bildirilib ki, bütün səhmdarların qeyd olunan vaxtda Yasamal rayonu, Qurban Xəlilov 8 ünvanına (Nərimanov heykəlinin arxası) gəlməsi vacibdir.
Qeyd edək ki, “Avro-Asiya” İnşaat Korporasiyası "EVRASCON" ASC keçmiş "Azərkörpü" şirkətinin bazasında yaradılıb və 30.04.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 377 min 290 manat olan ASC-nin qanuni təmsilçisi İsmiyev Həmzət İsmayıl oğludur.
ASC-nin açıqladığı sonuncu hesabatda səhmlərin 51,2%-nin İsmiyev İsmayıl Əfəndi oğluna məxsus olduğu bildirilir. Digər səhmdarların kim olduğu açıqlanmır.
Lakin, daha əvvəl mətbuatda yayılan sənədlərdə “Avro-Asiya” İnşaat Korporasiyası "EVRASCON" ASC-nin əsas səhmdarlarından (12%-dən çox paya sahib) biri 1995-2018-ci illərdə Azərbaycanda Baş nazirin müavini vəzifəsində işləyən Abid Şərifovun həyat yoldaşı Şərifova Sədayə Yaqub qızı olub.
ASC-nin ümumi yığıncağında səhmdarların nəyi müzakirə edəcəkləri açıqlanmayıb. Ancaq, qeyd edək ki, hazırda şirkətin dövlət büdcəsinə 2 milyon 91 min 750 manat 61 qəpik vergi borcu var.
Onu da bildirək ki, baş nazirin sabiq mavininin ailə üzvləri həm Azərbaycanda, həm də xarici ölkələrdə bir-çox şirkətlərə sahibdilər.
Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudov ötən ilin fevral ayının 14 –də İngiltərənin paytaxtında “Durweston Street, London, W1H 1PG” ünvanında “Londoncapsule Limited” adlı şirkət qeydiyyatdan keçirib. Nicat Mahmudov eyni zamanda 2017-ci ildə təsis olunan “Abeona Global Limited” şirkətinə də rəhbərlik edir. Nicat Mahmudov həm də 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğludur. Nicat Mahmudov anası, yəni Abid Şərifovu qızı – Təranə Mahmudova isə hazırda Nərimanov rayonunda fəaliyyət göstərən “Optimed” Tibb Mərkəzinin direktorudur. Abid Şərifovu qızı 2002-ci ildə qeydiyyata alınan “A.N.N.N” MMC və 2017-ci ildə qeydiyyata alınan "GÜVƏN 2017" MMC-lərin də direktoru olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
308 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...