Tovuzda itkin düşən aşığın meyiti tapıldı

Tovuzda itkin düşən aşığın meyiti tapıldı

Noyabrın 20-də Tovuz rayonunda itkin düşən şəxsin meyiti tapılıb. APA-nın məlumatına görə, rayonun Əyyublu kənd sakini olan 67 yaşlı Qasımov Zahid İbrahim oğlunun meyiti Əsrik Cırdaxan kəndindən keçən çayda aşkarlanıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qeyd edək ki, Zahid Qasımovun noyabrın 20-də evdən çıxdığı, bir daha geri qayıtmadığı bildirilib. Mərhumun Tovuzda tanınmış aşıq olduğu bildirilir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
280 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...