Neftçalada onkoloji xəstə özünü asdı

Neftçalada onkoloji xəstə özünü asdı

Neftçalada intihar hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Yuxarı Qaramanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1956-cı il təvəllüdlü Abıyev Asim Mərif oğlu yaşadığı həyətdəki yarımtikilidə özünü asaraq intihar edib. Onun bir müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
39 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...