Bakıda baş verən yol qəzasında iki qardaş xəsarət alıb

Bakıda baş verən yol qəzasında iki qardaş xəsarət alıb
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Suraxanı rayonu, İlqar Məmmədov küçəsində qeydə alınıb.

Belə ki, "Kia" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarında dayanan "Qazel" markalı avtomobilə çırpılıb. Hadisə zamanı Tarverdiyev Asim Talib oğlu və Tarverdiyev Rasim Talib oğlu xəsarət alıblar. Yaralıların hər ikisi üz nahiyəsinin və bədənlərin müxtəlif dərəcəli əziyi diaqnozları ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
503 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...