Ağstafada əmioğluların davası xəstəxana və polislə nəticələndi

Ağstafada əmioğluların davası xəstəxana və polislə nəticələndi

Ağstafa rayonunda 54 yaşlı kişi qohumu tərəfindən döyülüb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Köhnəqışlaq kəndində qeydə alınıb.

Kənd sakini Abbasov Şaiq Şamil oğlu əmisi oğlu tərəfindən döyülüb.

O, Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumatlara görə, yaralının vəziyyəti orta-ağırdır.

Ş.Abbasovu döyən şəxs saxlanılıb.

Fakt araşdırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
521 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...