Türkiyə vətəndaşı "Şahdağ"da hoteldə öldü

Türkiyə vətəndaşı "Şahdağ"da hoteldə öldü

Qusar rayonunda Türkiyə vətəndaşı hoteldə ölüb. Gundeminfo.az Trend-ə istinadən xəbər verir ki, hadisə Qusar rayonu ərazisindəki "Şahdağ" Qış-Yay Turizm Kompleksindəki hoteldə qeydə alınıb.

1966-cı il təvəllüdlü Gök Mehmet Reşid oğlu yanvarın 2-də saat 15 radələrində həyat yoldaşı və dostu ilə hoteldə nahar edərkən qəfil halı pisləşib və dünyasını dəyişib. Araşdırmalar zamanı məlum olub ki, Gök Mehmet Reşid oğlu ürək-damar xəstəliyindən əziyyət çəkirmiş. Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
608 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...