İsmayıllıda kütləvi dava olub, 4 nəfər bıçaqlanıb

İsmayıllıda kütləvi dava olub, 4 nəfər bıçaqlanıb

İsmayıllıda bıçaqlaşma olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 21-də İsmayıllı rayonunun Yuxarı Cülyan kəndində rayon sakinləri Seyfi Hacıyev, Arif Hacıyev və Aqil Mustafayev ilə həmyerliləri Nemət Salmanov və Elşən Səfərov arasında münaqişə baş verib.

Bu zaman E.Səfərov bıçaqla S.Hacıyevə, A.Hacıyevə və A.Mustafayevə xəsarət yetirib. Hadisə zamanı N.Salmanov da xəsarət alıb.

İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən görülən tədbirlərlə E.Səfərov tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
728 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...