Nazirliyin baş müşavirinin cəzası ömürlükdən 15 ilə endirildi

Nazirliyin baş müşavirinin cəzası ömürlükdən 15 ilə endirildi

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyində baş müşavir işləyən və İranın xüsusi xidmət orqanı (SEPAH) ilə əməkdaşlıqda ittiham olunan Ağcabədi rayon sakini, 1976-cı il təvəllüdlü Ağamir Ağamirovun cəzası azaldılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, A.Ağamirovla bir yerdə Bərdə sakini Hafiz Vəliyev də təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilib.

H.Vəliyev 2013-cü il mayın 11-də Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Axtarış zamanı onun üzərində noutbuk və fləş-kart aşkar olunub. Hafiz Vəliyevə məxsus “KİA Sorento” markalı avtomobildə 9,46 qram heroin, onun Bakının Nərimanov rayonu, Qədirbəyov küçəsində kirayə götürdüyü mənzilində isə fotoaparat, mini videokamera, fləş-kart, qələm formasında səsyazan qurğu tapılıb. 2003-cü ilin oktyabrında Hafiz Vəliyev Riyazi Bəhmənin tapşırığı ilə İstanbula uçub, orada kafelərin birində SEPAH zabiti onu İran xüsusi xidmət orqanlarının digər əməkdaşı Əhməd Qaffari ilə tanış edib. Həmin adam özünü Həmid Bəhrami kimi təqdim edib. Bunun səbəbi o olub ki, SEPAH Riyazi Bəhməni Rusiyaya ezam edib, o isə yeni əməkdaşı Hafizlə tanış edib. Bir müddət sonra Əhməd Qaffari Bakıya gəlib və Hafiz Vəliyev onunla əməkdaşlığa başlayıb. O, müxtəlif dövlət strukturlarını izləyib və informasiya bazası yaradıb.İstintaqın gedişində Hafizin verdiyi ifadə əsasında Ağcabədi rayonundan olan Ağamir Ağamirov da həbs edilib.

Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Qərardan kassasiya şikayəti verilib. İşə Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə baxılıb.

Ağamir Ağamirovun kasasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, hökm dəyişdirilib. Ağamir Ağamirovun ittiham oldunduğu Cinayət Məcəlləsinin 320.1-ci (sənədləri saxtalaşdırma və ya satma) maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar cəza təyin edilməyib.

Ağamir Ağamirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) madddəsi ilə təqsirli bilinib və o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hafiz Vəliyevin kasasiya şikayəti isə Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun icraatındadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
821 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...