Az bal yığdığına görə yoxa çıxan oğlan tapıldı

Az bal yığdığına görə yoxa çıxan oğlan tapıldı
İtkin düşən neftçalalı abituriyent tapılıb.

Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, Bakıda qəbul imtahanında iştirak edəndən sonra itkin düşdüyü bildirilən Neftçala rayon sakini, 2000-ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlu evlərinə dönüb.

Onun atası Yaşar Əliyevin verdiyi məlumata görə, oğlu Bakıda dostlarının yanında olub, qəbul imtahanlarında az bal topladığı üçün evlərinə dönməyə utandığını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
712 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...